Tel.: +994 (12) 409-63-36 | Email: info@azerbot.az
Promobot nədir?
Promobot — biznes üçün servis robotudur.
Robot insanlarla ünsiyyətdə olur, üz və nitqi ayırd edə bilir, maneələrdən yayınaraq sərbəst hərəkət edir. Robot müstəqildir – onun insan tərəfindən nəzarətə ehtiyacı yoxdur. Promobot istənilən xarici sistemə qoşulur: məlumat bazalarına, təhlükəsizlik sistemlərinə, saytlara və servislərə.
Bugünkü gündə 492 ədəd Promobot robotu dünyanın 34 ölkəsində çalışaraq, “canlı” əməkdaşları – bələdçiləri, qapıçıları, məsləhətçiləri, promouterləri əvəz edərək və ya tamamlayaraq, onların funksiyalarını yerinə yetirilər. Robotlara hava limanlarında, mobil rabitə şöbələrində və banklarda, ticarət və biznes mərkəzlərində, restoranlarda, muzeylərdən, yaşayış komplekslərində rast gəlmək olar.
Promobot robotları aşağıdakı sahələrdə yardımçı ola bilərlər
  • Xərclərə qənaət
  • Müştərilərə daha sürətli xidmət göstərmək
  • Biznes prosesləri avtomatlaşdırmaq
  • Medianın diqqətini cəlb etmək
  • Rəqiblər arasında seçilmək
  • Yeni müştəriləri cəlb etmək
Üstünlükləri
Tam müstəqillik
Robot müstəqildir və xaricdən nəzarət olmadan işləyir. O süni intellekt vasitəsilə ünsiyyətə girir və maneələri ötüb keçərək sərbəst hərəkət edir. Hətta enerjisinin tükənməsini anladıqda özü enerjinin doldurulmasını təmin edir.
İstifadədə rahatlıq
Robotun sahibi onun üçün asanlıqla lazımi cümlələri əlavə edə, onun üçün xüsusi hərəkətlər, emosiyalar və hətta rəqslər yarada bilər. Bunun üçün xüsusi təlimə ehtiyac var.
Texniki dəstək və zəmanət
Zəmanət müddəti robotlar alındıqdan sonra bir il qüvvədədir. Bütün müştərilər üçün ödənişsiz texniki dəstək servisi işləyir. Xidmətlərdən həftənin 7 günü faydalanmaq mümkündür.
Alış şərtləri
Biz lizinq və hissə-hissə ödəmə proqramlarını təklif edirik. Siz özünüz üçün rahat və münasib şərtlərlə robotu əldə edə bilərsiniz.
Ünsiyyətdə rahatlıq
Promobot insanın boyuna uyğunlaşmağı bacarır, uşaqlarla və böyüklərlə rahat ünsiyyət qurur. Mikrofon sistemi sayəsində robot hətta səs-küylü yerlərdə nitqi ayırd edə bilir. O emosiyalara malikdir, ünsiyyətcildir, mehribandır və hətta sevgi etirafı etməyi də bacarır.
Müştərilərin diqqəti
İnsanlar həmişə robota diqqət edirlər, onunla danışmaq və şəkil çəkdirmək istəyirlər. Bunun sayəsində sizə və xidmətlərinizə təkrar müraciət etməyə hazır olan loyal müştəri axını təmin ediləcək
Robotu öz əməkdaşınız edin
Qalereya